ÜMUMİ MƏLUMAT

AVANGARD — 2005-ci ildən bəri Mercedes-Benz, BMW və Land Rover sahiblərinin etibarlı ünvanıdır. İxtisaslaşdığımız sahə – bu markalar üçün yalnız orijinal və yüksək keyfiyyətli ehtiyat hissələrinin təqdim edilməsidir. Məqsədimiz sadədir: müştərilərimizi uzunömürlü, təhlükəsiz və tam keyfiyyətli məhsullarla təmin etmək.
Sizi aldadıcı alternativlərdən qoruyur, avtomobiliniz üçün orijinal hissələri münasib qiymətə təqdim edirik. Biz eyni zamanda ATE, Continental, Saleri, Geba, Zimmermann, Tecneco, Gomet, Facet, Fremax kimi dünyanın tanınmış brendlərinin Azərbaycandakı rəsmi tərəfdaşıyıq. Bu o deməkdir ki, bizdə təqdim olunan bütün məhsullar birbaşa istehsalçıdan, tam zəmanətlə təmin edilir.
AVANGARD olaraq, hər bir müştərimizin ehtiyacını anlayır və fərdi yanaşma göstəririk. İstər ehtiyat hissəsi axtarır, istər avtomobiliniz üçün məsləhət istəyirsiniz – biz buradayıq.
Keyfiyyətə dəyər verənlər üçün – AVANGARD.
TƏRƏFDAŞLARIMIZ